HAQQIMIZDA
Giltex 2012-ci ildən fəaliyyətə başlayan Gilan Tekstil Parkı müəssisəsinin ticarət nişanıdır.
 

Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Parkı müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamliğına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.