Ana səhifə

Haqqımızda

GİLAN TEKSTİL PARKI nəinki Azərbaycanda həm də Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət təsisdir. Müəssisə 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərir. GİLAN TEKSTİL PARKI-nda əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə olunur. Hal-hazırda GİLAN TEKSTİL PARKI-nda iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə müəssisənin nəzdində tibbi maskaların istehsalı təşkil olunub.

Müəssisə gender bərabərliyi, əmək təhlükəsizliyi və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. GİLAN TEKSTİL PARKI vergiödəyicisi kimi şəffaf vergi tərəfdaşı statusunda fəaliyyət göstərir.