Ana səhifə

Baş direktorun müraci̇əti̇

GİLAN TEKSTİL PARKI-n internet səhifəsinə xoş gəlmisiniz! Şirkətimizi təqdim etmədən məmnunluq duyuram. GİLAN TEKSTİL PARKI kökləri qədimlərdən gələn Azərbaycan toxuculuq adətlərinin davamçısıdır. Zəngin ənənələrin fabriklərimizdəki müasir avadanlıqla vəhdəti ən yüksək keyfiyyət tələblərinə cavab verən tekstil məhsullarını istehsal etməyə imkan verir. Bunun nəticəsidir ki, GİLAN TEKSTİL PARKI-n istehsalı olan ev tekstili məhsulları əksər Azərbaycan evlərini bəzəyir, ölkəmizin və qonşu ölkələrin otellərində qonaqların rahatlığını təmin edir. İstehsal etdiyimiz məhsulların 50%-dən çox hissəsi ixrac edilir və “Made in Azerbaijan” brendini layiqincə təmsil edir. Komandamız fəxr edir ki, şirkətimiz ölkə iqtisadiyyatına ümumən verdiyi töhfə ilə yanaşı həm yerli, həm də xarici korporativ müştərilərimiz üçün etibarlı və davamlı tərəfdaşa çevrilib və onların biznesinin inkişafında əhəmiyyətli paya malikdir. Biz hər tərəfdaşımızın nailiyyətinə öz uğurumuz kimi baxırıq. Sizi müştərimiz və tərəfdaşımız olaraq görməyi arzu edirik!

Mehriban Axundova