Ana səhifə Tibbi maska fabriki

Tibbi maska fabriki

COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə GİLAN TEKSTİL PARKI nəzdində tibbi maskaların istehsalı təşkil olunub. Digər fabriklərdən fərqli olaraq, bu fabrikin xammalı müəssisə nəzdindəki başqa fabrikin istehsal etdiyi məhsul deyil, tamamən xaricdən alınır və toxunmamış parçadır. Günlük istehsal gücü 300.000 ədəd tibbi maska təşkil edir. Maskalar üçqatdır və orta qatı filtr funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir