Ana səhifə Boya fabrikləri

Boya fabrikləri

Boya fabriklərinin aylıq istehsal gücü 1.400.000 poqon metr toxuma parça, 135 ton hörgü parça, 80 ton dəsmal, 53,5 ton iplik, ümumi istehsal sahəsi 13.000 m2 təşkil edir. Fabriklər dünyada ən yaxşı kimi tanınan istehsalçıların avadanlıqları ilə təchiz olunub: Benninger (İsveçrə), Monforts (Almaniya), Zimmer (Avstriya), Salvade (İtaliya), Mario Crosta (İtaliya), Fimat (İtaliya), SPGPrints (Avstriya), Datacolor (ABŞ), Thies (Almaniya), Brückner (Almaniya), Santex (Almaniya), Ferraro (İtaliya), Biancalani (İtaliya)və sair.
Mövcud fabriklərdə 4 formada boyama prosesi baş verir:
  1. Reaktiv boya və basqı
  2. Piqment basqı
  3. Dispers boya
  4. İndantren boya
Fabriklər nəzdində rəng çalışmaları, digər sənaye testlərini həyata keçirən iki laboratoriya fəaliyyət göstərir. Boya fabriklərinin və bütün GİLAN TEKSTİL PARKI-nın əsas özəliyindən biri müəssisənin dizayn studiyasıdır. Şirkətin dizaynerləri dünya tekstil trendlərini təqib edir, bəzən isə onları qabaqlayaraq müəssisə və onun müştərilərinə əlavə üstünlük qazandırır.