Ana səhifə

Sertifikatlar



GİLAN TEKSTİL PARKI-nda bir neçə mərhələli keyfiyyətə nəzarət sistemi qurulub. Müəssisəyə daxil olan xammal və köməkçi vasitələrin qəbulu yerli və beynəlxalq normativ sənədlər əsasında tərtib olunmuş spesifikasiyalara uyğun olaraq həyata keçirilir. İstehsal olunan məhsulların 100% vizual keyfiyyətə nəzarətdən keçirilir. Məhsulların keyfiyyət göstəriciləri müntəzəm olaraq müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzi Sınaq Laboratoriyası tərəfindən yoxlanılır. Mütəmadi olaraq xarici müştərilər ilə laboratoriyalar arası qarşılıqlı sınaqlar aparılır. Laboratoriya personalı İSO 17025:2017 standartı mövzusunda beynəlxalq akkreditasiya qurumları tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmişdir. Müəssisədə mövcud olan Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartı üzrə sertifikatlşadırılıb. 



GİLAN TEKSTİL PARKI-n məhsullarına AZS Milli Sertifikatlaşdırma Sistemi çərçivəsində uyğunluq sertifikatı alınıb. Bununla yanaşı müəssisədə istehsal olunan toxuma və hörgü parçalar, yataq dəstləri və geyim predmetləri ekoloji tələblərə cavab verməsinə dair OEKO-TEX® Standart 100 sertifikatları alınıb.


İQNET İQNET İQNET OEKO OEKO
OEKO
UYĞUNLUQ UYĞUNLUQ UYĞUNLUQ UYĞUNLUQ UYĞUNLUQ UYĞUNLUQ UYĞUNLUQ UYĞUNLUQ