Ana səhifə Tikiş fabriki

Tikiş fabriki

Tikiş fabrikində əsasən işçi geyimləri (uniformalar) və hərbiçilər üçün xüsusi geyimlər tikilir. Fabrikin ev tekstili sahəsində yataq dəstləri və dəsmallar istehsal olunur. Aylıq istehsal gücü 91.000 ədəd şərti köynək, 70 ton dəsmal, 26.000 dəst yataq dəsti, 18.000 ədəd yorğan, 30.000 yastıq tikməyə imkan verir. Tikiş fabriki Almaniyanın Bullmer avtomatik kəsim avadanlığı, Yaponiya istehsalı Juki tikiş maşınları, Almaniyanın Veit press və ütüləmə avadanlığı, ABŞ-ın Barudan və Yaponiyanın Tajima tikiş naxışı və Türkiyənin Sulfet basqı naxışı dəzgahları ilə təchiz edilib. Fabrikdə dəsmalların avtomatik tikişini həyata keçirən Kanadanın Automatex avadanlığı, yataq dəstlərini avtomatik tikən Almaniyanın Texpa avadanlığı, yorğan və yastıq istehsalını təmin edən İspaniyanın Masias dəzgahları istifadə olunur.