Ana səhifə Toxuma fabrikləri

Toxuma fabrikləri


Burada Almaniya istehsalı olan Karl Mayer markalı arğac hazırlama və haşıl dəzgahları, Belçikanın Picanol parça toxuma maşınları, Almaniyanın Mayer&Cie hörgü maşınları, İtaliyanın İtema markalı dəsmal toxuma maşınları ilə təchiz olunmuş aylıq 1.400.000 poqon metr xam toxuma parça, 135 ton hörgü parça, 80 ton dəsmal istehsal etmə gücünə malik bir istehsalat qurulmuşdur. Bu dəzgahlar geniş çeşidli və yüksək keyfiyyətli toxuma özəlliyinə malikdir. İstehsal olunan məhsullar əsasən 100% pambıq tərkiblidir. Xam toxuma parçalar 90 sm-dən 340 sm-ə qədər enində toxuna bilər və kreton, ranfors, satin, yollu satin, qabardin, ripstop və s. növləri əhatə edir. Fabrikdə interlok, lakost, süprəm, ikiiplik, ribana və kaşkorse hörgü parçalar, düz və jakkardlı xovlu dəsmallar istehsal edilir. Ümumi istehsal sahəsi 20.000 m2 yaxındır.