Ana səhifə Xəbərlər

“Gilan Tekstil Parkı” 15-17 sentyabr 2020-ci il tarixlərində Heimtextil Russia sərgisində iştirak edəcək.

Hər il sentyabr ayının sonunda Moskvada Heimtextil Rusiya ev tekstili və interyer üçün parçaların beynəlxalq sərgisi keçirilir. Dünyanın hər yerindən tekstil sahəsinin aparıcı oyunçuları ən yaxşı parça, yataq dəstləri, dəsmalları və digər ev tekstili məhsullarının yeni kolleksiyalarını təqdim etmək, interyer dizaynın son tendensiyaları ilə tanış olmaq, təcrübə mübadiləsi və yeni iş ortaqları tapmaq üçün Rusiyanın 1 nömrəli tekstil sərgisində toplaşırlar.
Sərgi iştirakçıları arasında istehsalçılar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin dizaynerlər, memarlar var. Tanınmış Avropa və Rusiya dizaynerlərinin təlimləri ilə sərginin iş proqramı, Rusiyanın aparıcı KİV-nin məlumat dəstəyi və dizaynerlərlə yaradıcı əməkdaşlıq Heimtextil Russia sərgisini Rusiyada tekstil və interyer dizayn sahəsində əsas hadisəyə çevirir.
Bu il dünyada baş verən pandemiya ilə əlaqədar Heimtextil sərgini onlayn platformada təşkil edərək bir ilkə imza atır. Rəqəmsal olaraq həyata keçirilən sərginin müddəti 15-17 sentyabr 2020-ci il tarixlərinə təsadüf edəcək. “Gilan Tekstil Parkı” xarici müştəri və tərəfdaşları ilə görüşmək üçün bu fürsəti dəyərləndirərək sərgidə iştirak edəcək. Yeni formatda keçiriləcək sərgi və stendimizi haqqında daha ətraflı məlumatı növbəti xəbər yazımızda izləyin.