Ana səhifə İplik fabriki

İplik fabriki

İplik fabrikində 100% pambıq və qarışıq tərkibli toxuma və hörgü təyinatlı karde və kompakt penye ipliyin ring ipəyirmə üsulu ilə istehsalı həyata keçirilir. Əsas xammal kimi Azərbaycan pambıq mahlıcı istifadə olunur. Fabrik ən yeni texnoloji standartlara cavab verən dünyaca məşhur istehsalçılar Rieter (İsveçrə), Muratec (Yaponiya), Electo-Jet (İspaniya), XORELLA (İsveçrə) və s. şirkətlərinin avadanlıqları ilə təchiz edilmişdir. Fabrik nəzdində fəaliyyət göstərən laboratoriyada USTER (İsveçrə) şirkətinin avadanlıqları və yoxlama metodları istifadə olunur. Fabrikdə yerli xammaldan Ne 12 (Nm 20)-dən Ne 50 (Nm 85)-dək olan diapazonda iplik istehsal edilir, həmçinin cütlənir. İplik fabrikinin aylıq istehsal gücü 330 ton iplikdir.