GiLTEX MMC-də keyfiyyət təkcə bir vəd deyil, ciddi şəkildə qorunan bir standartdır. Çoxpilləli keyfiyyətə nəzarət sistemimiz və qabaqcıl Mərkəzi Sınaq Laboratoriyamız vasitəsilə bütün məhsullar ən yüksək yerli və beynəlxalq standartlara cavab verir.
Xammal və əlavə maddələr qlobal standartlara uyğun ətraflı yoxlamalardan keçdikdən sonra qəbul edilir. Davamlılığı təmin etmək və peşəkar kvalifikasiyanı artırmaq məqsədi ilə, laboratoriya heyətimiz, ISO 17025:2017 çərçivəsində keçirilən təlimlərdə mütəmadi olaraq, iştirak edir.
Sertifikatlar:
- ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi
- ISO 14001:2015 – Ətraf Mühit Standartlarına uyğunluq
- ISO 45001:2018 – İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi
- AZS Uyğunluq Sertifikatı – Məhsulların milli standartlara uyğunluğunu təsdiq edən sertifikat
- OEKO-TEX® Standart 100 – Məhsulların insan sağlamlığı üçün təhlükəsizliyini təsdiq edən sertifikat
- AITEX Sertifikat – Beynəlxalq texniki standartlara uyğunluq sertifikatı
- Sedex sertifikatı – Təchizat zəncirində etik və davamlı standartlara uyğunluğu təsdiq edən sertifikat.
- 2003-cü ildə Avropa Xarici Ticarət Assosiasiyası tərəfindən yaradılan Amfori BSCI, dünyanın ən tanınmış sosial audit proqramlarından biridir və şirkətlərə insanların rifahını yaxşılaşdırmaq, təbii resurslardan məsuliyyətlə istifadə etmək və açıq ticarəti təşviq etmək istiqamətində dəstək verir. – Təchizat zəncirində etik əmək təcrübələrinə və sosial standartlara uyğunluğu təsdiq edən sertifikat.