GiLTEX tikiş fabriki xüsusi təyinatlı iş geyimləri, hərbi geyim, yataq dəstləri və dəsmallar kimi məhsullarının istehsalında ixtisaslaşıb.
Müəssisə sənayenin qabaqcıl avadanlıqları ilə təchiz olunub.
Tikiş müəssisələrimiz Almaniyanın Bullmer firmasının qabaqcıl avtomatik kəsmə sistemləri, Yaponiyanın Juki tikiş maşınları, Veit firmasının alman presləmə və ütüləmə avadanlıqları, həmçinin ABŞ-ın Barudan və Yaponiyanın Tajima tikmə maşınları ilə təchiz olunmuşdur. Bundan əlavə, naxışların tətbiqi üçün türk istehsalı Sulfet çap maşınları istifadə edilir. Dəsmal istehsalının avtomatlaşdırılması üçün Kanada Automatex avadanlıqları, yataq dəstlərinin istehsalında isə Almaniyanın Texpa maşınlarından istifadə olunur.








