Xüsusi təyinatlı iş geyimlərinin istehsalı əsas fəaliyyət istiqamətlərimizdən biridir. GiLTEX müxtəlif sənaye sahələri və iş mühitləri üçün yüksək keyfiyyətli və davamlı iş geyimləri təklif edirik. Geyimlərimiz təhlükəsizlik, rahatlıq və funksionallıq prinsiplərinə uyğun olaraq dizayn edilir və sərt iş şəraitlərinə qarşı maksimal müdafiə təmin edir.
Fabrikimizdə istehsal olunan xüsusi təyinatlı iş geyimləri aşınmaya, yırtılmaya və digər xarici təsirlərə qarşı davamlı parçalardan hazırlanır. Hər bir geyim işçilərin təhlükəsizliyini və rahatlığını qorumaq üçün müasir texnologiyalar və yüksək keyfiyyətli xammaldan istifadə edilərək tikilir. Müxtəlif iş şəraitinə uyğun olaraq geyimlər suya, küləyə, istiliyə və kimyəvi maddələrin təsirinə qarşı yüksək müdafiə təmin edir.
Bundan əlavə, brendləşdirmə xidməti çərçivəsində iş geyimlərinə loqo və fərdi dizayn elementlərinin əlavə edilməsi xidməti mövcuddur.

