GiLTEX hərbi qüvvələrin xüsusi tələblərinə cavab verən və beynəlxalq standartlara uyğun hərbi geyim istehsalında ixtisaslaşıb. Hərbi uniformalarımız ekstremal şəraitdə davamlılıq, funksionallıq və rahatlıq təmin etmək üçün xüsusi, yırtılmaya və aşınmaya qarşı davamlı olan parçalardan hazırlanır
Hərbi formalarımız müxtəlif iqlim şəraitlərinə uyğun olaraq dizayn edilir və suya, küləyə, həmçinin digər xarici təsirlərə qarşı yüksək müdafiə qabiliyyətinə malikdir. Geyimlərin nəfəs alan xüsusiyyətləri isə hərbi personalın rahatlığı və əməliyyat effektivliyini təmin edir.
Fabrikimizdə həmçinin fərdi hərbi bölmələr üçün xüsusi sifarişlər üzrə loqo, nişan və simvolların tətbiqi kimi fərdiləşdirmə xidmətini təqdim edirik.





