Biz kimik?

Boyama və Çap

Boyama fabrikləri

  • İstehsal sahəsi: 13,000 m²
  • Aylıq istehsal gücü: 1,4 milyon metr toxunmuş parça, 135 ton trikotaj parça, 80 ton terri parça
  • İplik istehsalı: 55 ton

GiLTEX Boyama Fabriki tekstil istehsalının zirvəsini təmsil edir və qabaqcıl texnologiya ilə geniş istehsal gücünə malikdir. Fabrik İsveçrənin Benninger, Almaniyanın Monforts, Avstriyanın Zimmer və İtaliyanın Mario Crosta kimi müasir avadanlıqlarla təchiz olunub. Bu qabaqcıl texnologiyalar hər parçada yüksək keyfiyyət əldə etməyə imkan yaradır. Parçalarda parlaqlıq və çox yönlülüyü təmin etmək üçün reaktiv, piqment, dispers və çəndə boyama üsullarından, mürəkkəb dizaynlar üçün rəqəmsal çapdan istifadə olunur.

Boyama Fabrikin sahəsində yerləşən, xüsusi təchiz olunmuş Laboratoriya, dəqiq rəng uyğunluğu və hazır məhsulların davamlılığını təmin etmək məqsədi ilə, boyamanın hər mərhələsində ciddi keyfiyyətə nəzarət prosesini həyata keçirir.

Həmçinin, GiLTEX Fabrikin nəznində daxili dizayn studiyasının mövcud olması müştəri sorğularına operativ qaydada cavab verməsi üçün imkan yaradır və bununla da mürəkkəb layihələrin icrasında yüksək dəqiqlik və keyfiyyət əldə etmək üçün və sifarişlərin yerinə yetirilmə müddətlərini əhəmiyyətli dərəcədə azaltmağımıza şərait yaradır.

1604651163_mg_9712
1604651074_mg_9409 (1)
1604651095_mg_9702
1604651100_mg_9539
1604651109_mg_9504
1604651115_mg_9422
1604651119_mg_9425
1604651121_mg_9675
1604651164_mg_9450
1604651164_mg_9450
1604651163_mg_9712
1604651121_mg_9675
1604651119_mg_9425
1604651109_mg_9504
1604651100_mg_9539