2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan GİLTEX MMC, Azərbaycanın və Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabriki, iki Boyama fabriki, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət müəssisədir. GİLTEX MMC-də əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə olunur. Hal-hazırda GİLTEX MMC-də iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə müəssisənin nəzdində tibbi maskaların istehsalı təşkil olunub.
Müəssisə gender bərabərliyi, əmək təhlükəsizliyi və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. GİLTEX MMC vergi ödəyicisi kimi şəffaf vergi tərəfdaşı statusunda fəaliyyət göstərir.