Satin parçası 100% premium pambıqdan hazırlanan, parlaq səthi və ipəkvari teksturası ilə tanınır. Parçanın təbii parıltısı və yumşaqlığı ona toxunduqda yüksək rahatlıq və zəriflik hissi yaradır. Zərif görünüşünə əlavə olaraq, bu parça möhkəmliyi və dözümlülüyü ilə seçilir və yuyulmalardan sonra da formasını qoruyur.. Bu parça növü yataq dəstləri, yastıqlar, yorğan üzləri və ev tekstilində geniş istifadə olunur.








