GiLTEX “A” reytinqi ilə Amfori BSCI Sertifikatını alır

26 oktyabr 2024-cü il

Amfori BSCI tələbləri H&M, Adidas, IKEA, Marks & Spencer və Amazon kimi dünya səviyyəli brendlər tərəfindən qəbul edilmiş standartdır. GiLTEX də bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini alıb.

Amfori BSCI standartları H&M, Adidas, IKEA, Marks & Spencer və Amazon kimi dünya səviyyəli brendlər tərəfindən qlobal səviyyədə tanınır. Azərbaycanda bu sertifikatı alan ilk tekstil şirkəti kimi GiLTEX qlobal təşkilatlar arasında yerini qoruyub.

Sözügedən sertifikat GiLTEX-in beynəlxalq bazarlarda sosial məsuliyyətli və təchizat zəncirində ədalətli iş şəraiti olan bir təşkilat kimi tanınmasına imkan yaradaraq, şirkətin uzunmüddətli əlaqələr qurmasına və ixrac potensialını artırmasına kömək edəcək.

"COP29 tərəfdaşlığı və Amfori BSCI sertifikatı, dayanıqlılıq fəaliyyətimizin davamıdır. Belə ki, biz uzun müddətdir strateji məqsədlərimizdən biri olan dayanıqlılıq istiqamətində önəmli addımlar atırıq. Bunlara misal olaraq, istehsalatda təbiətə zərər verməyən kimyəvi maddələrdən istifadə edilməsi, tullantı sularının təmizlənməsi və şirkətin nəqliyyat vasitələrində karbon emissiyalarına nəzarət olunması kimi tədbirləri sadalaya bilərəm." : GiLTEX MMC-nin Baş Direktoru Kamran Ağası qeyd edib.

2003-cü ildə Avropa Xarici Ticarət Assosiasiyası tərəfindən yaradılan Amfori BSCI, dünyanın ən tanınmış sosial audit proqramlarından biridir və şirkətlərə insanların rifahını yaxşılaşdırmaq, təbii resurslardan məsuliyyətlə istifadə etmək və açıq ticarəti təşviq etmək istiqamətində dəstək verir.Bu standartlar Beynəlxalq Əmək Təşkilatı (ILO) və BMT-nin İnsan Hüquqları Nizamnaməsi kimi beynəlxalq tənzimləmələrə əsaslanır.