GiLTEX, COP29-un rəsmi Tekstil partnyoru olaraq davamlılığa sadiqliyini gücləndirir

20 sentyabr 2024-cü il

GiLTEX, Bakıda keçiriləcək qlobal sammitdə ekoloji məhsullar təqdim etməklə yanaşı iqlimin qorunması tədbirlərinə öz töhfəsini verəcək

Bakı, 19 sentyabr 2024: Azərbaycanın aparıcı tekstil istehsalçısı olan GiLTEX, Bakıda keçiriləcək qlobal iqlim sammiti olan COP29-un rəsmi tekstil partnyoru olduğunu elan etməkdən qürur duyur. GiLTEX bu əməkdaşlıqla tekstil sənayesində davamlıq təcrübələrini irəlilətmək və qlobal iqlim səylərini dəstəkləmək öhdəliyini vurğulayır.

"Bu tərəfdaşlıq bizim davamlılıq və əməkdaşlıq üzrə öhdəliyimizi bir daha təsdiqləyir", - deyə GiLTEX-in baş direktoru Kamran Ağası bildirib. "COP29 bizə karbon emissiyalarını azaltmaq və sənayemizdə iqlim fəaliyyətini irəlilətmək üçün strateji ittifaqlar qurmaq üçün unikal bir imkan təqdim edir."

COP29 zamanı GiLTEX "Yaşıl Zona"da ekoloji məhsul çeşidləri təqdim etməklə yanaşı davamlılıq haqqında qlobal liderlərlə fəal şəkildə əməkdaşlıq etmək imkanı əldə edib. Şirkət bu platformadan iqlimin müdafiəsi ilə əlaqədar təcrübələrin paylaşılmasına töhfə vermək və əməkdaşlıqlar qurmaq üçün istifadə edəcək.

GiLTEX-in davamlılıq strategiyası onun karbon izini minimuma endirmək, enerji səmərəliliyini yüksəltmək və bərpa olunan enerjidən istifadəsini artırmağa yönəlib. Bununla əlaqədar hazırda 19 əsas məhsul üzrə karbon emissiya mənbələrini müəyyən edərək əməliyyatlar təkmilləşdirilir.

Azərbaycan və Cənubi Qafqazda yerləşən ən müasir texnoloji avadanlıqlara malik istehsal sahələri ilə GiLTEX yerli pambıqdan istifadə etməklə xam parçadan yataq dəstlərinə qədər geniş çeşidli tekstil məhsulları istehsal edir. Şirkət fəaliyyətində davamlı istehsal metodlarına üstünlük verir və tekstil sektorunda iqlimdə davamlılığı inkişaf etdirməyə sədaqətini əks etdirir.

"Davamlılıq hədəflərimizi həyata keçirmək üzrə çalışdığımız üçün qlobal yaşıl gələcək hərəkatına qoşulduğumuz üçün qürur duyuruq", - deyə Ağası əlavə edib. GiLTEX-in COP29-la tərəfdaşlığı şirkətin fəaliyyət göstərdiyi tekstil sənayesinin və onun hüdudlarından kənarda müsbət dəyişikliklər aparma missiyasının əhəmiyyətli bir mərhələsini təşkil edir.

GiLTEX haqqında

GiLTEX, yerli Azərbaycan pambığından istifadə edərək, tekstil istehsalı üzrə ixtisaslaşmış şirkət olaraq Azərbaycan və Cənubi Qafqazda fəaliyyət göstərir. Onun istehsal sahələrinə iplik fabriki, iki toxuculuq fabriki, iki boya fabriki, geyim fabriki və tibbi maska fabriki daxildir. GiLTEX ildə 18 milyon metr xam və boyalı parça, 1800 ton trikotaj, 1000 ton dəsmal, 1500 ton toxunma məhsulları, 250000 ədəd uniforma və 1 milyon yataq dəsti istehsal edə bilir. Şirkətin istehsalatı Belçika, Almaniya, Yaponiya və Türkiyə istehsalı olan müasir avadanlıqlarla təchiz edilmiş və yüksək keyfiyyətli, davamlı istehsalata sadiqliyini dəstəkləyir.